İndi sənədləşmə daha sadə

Hər zaman müştəri məmnuniyyətini diqqətdə saxlayan “Merkuri” Bank Olmayan Kredit Təşkilatı kredit əməliyyatlarını daha sadə və qısa zaman ərzində həyata keçirmək məqsədilə yeni bir xidmət -  müştərilərə elektron arayışalrın verilməsi xidmətini təklif edir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Merkuri” BOKT arasında bağlanmış müqaviləyə əsasən təşkilatımız öz müştərilərinə kredit ayırmaq və digər xidmətləri göstərmək üçün lazım olan arayışların "Elektron hökumət" portalı üzərindən əldə olunması imkanını yaratmışdır. Buraya kağız üzərində arayışlarla yanaşı, portal üzərindən iş yerinə, yaşayış yerinə və digər tələblər üzrə formalaşan 12 adda arayış daxildir.

Qaydalar sadələşdirildi

Qaydaları daha da sadələşdirdik.İndi “Merkuri” bank olmayan kredit təşkilatında kredit götürmək üçün daha az vaxt sərf edəcək və sərfəli kreditlərdən faydalana biləcəksiniz

Ödəniş imkanları artırıldı

Müştərilərimizə əlçatanlığı daha da asanlaşdırdıq. Artıq "Merkuri " bank olmayan kredit təşkilatına olan ödənişlərinizi Azərbaycan Beynəlxalq Bankının eləcə də, "Bank Tecnique" ASC -nin bütün filiallarında ödəyə biləcəksiniz.

.

“Merkuri” BOKT MMC-nin səhmdarlarının 23 may 2017 tarixli ümumi yığıncağının qərarına əsasən idarəetməni təkmilləşdirmək, xərclərin və işçi sayının optimallaşdırılması və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə 01 iyun 2017 tarixdən etibarən “Merkuri” BOKT MMC “Nizami” filialının fəaliyyətinin dayandırılması qərara alınmışdır. Müştərilərdən xahiş olunur ödənişlər, kredit müraciətləri və digər məsələlərlə bağlı “Merkuri” BOKT MMC-nin Baş ofisinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Mirəli Qaşqay küç. 71, Telefon: (012)4499578, (012)4499579, (012)4499580