İndi sənədləşmə daha sadə

Hər zaman müştəri məmnuniyyətini diqqətdə saxlayan “Merkuri” Bank Olmayan Kredit Təşkilatı kredit əməliyyatlarını daha sadə və qısa zaman ərzində həyata keçirmək məqsədilə yeni bir xidmət -  müştərilərə elektron arayışalrın verilməsi xidmətini təklif edir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Merkuri” BOKT arasında bağlanmış müqaviləyə əsasən təşkilatımız öz müştərilərinə kredit ayırmaq və digər xidmətləri göstərmək üçün lazım olan arayışların "Elektron hökumət" portalı üzərindən əldə olunması imkanını yaratmışdır. Buraya kağız üzərində arayışlarla yanaşı, portal üzərindən iş yerinə, yaşayış yerinə və digər tələblər üzrə formalaşan 12 adda arayış daxildir.

 

         Elektron arayışın əldə edilməsi proseduru aşağıdakı kimidir:

          Müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və təşkilata göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod və parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod və parolu həmçinin Bakı şəhərində və rayon mərkəzlərində yerləşən bütün poçt şöbələrindən ödənişsiz olaraq əldə etmək olar. Qeydiyyata düşən müştəri öz şəxsi kabinetinə rahat daxil olub elektron arayış göndərə bilər. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı öz şəxsi kompüterindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

           Beləliklə, kredit almaq istəyən şəxs təşkilatın ofisinə gəlib “Elektron hökümət” portalı vasitəsilə elektron arayış əldə edə bilər. Qeyd edək ki, elektron arayışların verilməsi “Merkuri” BOKT-un baş ofisində (Bakı şəhəri M.Qaşqay küç.71) artıq başlayıb. Yaxın zamanda bu xidmətin təşkilatın filialında da həyata keçirilməsi planlaşdırılır.